Bakının Xətai rayonunda avtomobil dayanacağında divarın uçması nəticəsində bir nəfər ölüb.
“Bakıda avtomobil dayanacağında divarın uçması nəticəsində üç nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər dünyasını dəyişib”, - deyə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Onun sözlərinə görə, hadisə gecə baş verib.