Azərbaycan Prezidenti İlham Əliyev “BP”-nin “Rosneft” şirkəti ilə əməkdaşlığa dair sazişindən sonra Rusiyanın respublikaya təsir etmək imkanı barədə ehtimalları əsassız hesab edir.
“İlk növbədə, biz narahat deyilik. “BP” - 1994-cü ildən, müstəqillik qazandığımız ilk gündən etibarən Azərbaycanda fəaliyyət gösətərən şirkətdir”, - deyə İ.Əliyev CNN telekanalına müsahibəsində “BP”-nin ruslar tərəfindən ölkənin daxili işlərinə müdaxilə etmək üçün istifadə edilməsi” imkanı Azərbaycan Prezidentinin narahat edirmi sualına cavab olaraq bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycanın Böyük Britaniyanın şirkəti ilə qarşılıqlı münasibətlərin tarixi təxminən 20 il davam edir. Bu münasibətlər dostluq, tərəfdaşlıq xarakteri daşıyır. “Hətta, bu tərəfdaşlıq münasibətləri ən azı 20 il davam edəcək, çünki layihələr gələcəyə istiqamətlənib. Bu səbəbdən, düşünmürəm ki, “BP” digər tərəfdaşlarla başqa məqsədlər güdür”, - deyə İ.Əliyev vurğulayıb.