Mədəniyyət və Turizm Nazirliyi Milli Elmlər Akademiyası ilə birgə respublika ərazisində 234 tarixi və mədəniyyət abidəsinin pasportlaşdırılmasını həyata keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bu tədbir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq tapşırığına əsasən həyata keçirilir.
İlkin mərhələdə 234 abidə pasportlaşdırılıb. Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə əhəmiyyət dərəcələrinə görə qruplaşdırılan 6,308 min tarixi və mədəniyyət abidəsinin yer aldığı siyahı təsdiq edilib.
Bundan əlavə, təxminən 2 min yeni aşkar olunmuş abidə var ki, hazırda onların siyahılarının dəqiqləşdirilməsi aparılır.