Rusiyanin Qəbələ RLS-in icarəsini dayandırmaq barədə qərarı qətidir.Rusiya XİN başçısı Sergey Lavrov belə deyib.
“Bu məsələyə bir dəfəlik nöqtə qoyulub”,- deyə o 2012-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
“Biz danışıqlara getyməyə hazır idik, lakin azərbaycanlı dostlarımız qiymətdə güzəştə getməmək qərarına gəldilər, biz isə bu qiymətin həddən artıq olduğunu hesab etdik”,- deyə o qeyd edib.
Onun sözlərinə görə,hazırda Qəbələ RLS-in bağlanması prosesi həyata keçirilir.
2002-ci ildə Azərbaycan və Rusiya Qəbələ RLS-ə dair saziş imzalayıblar.Sazişə əsasən, Rusiya Qəbələ RLS-i 10 il müddətinə icarəyə götürüb.Bu müddətdə icarə haqqı $7 mln. təşkil edirdi.
İcarə müddətinin uzadılması məsələsi 2011-ci ildə yenidən gündəmə gəldi, lakin tərəflər icarə haqqı ilə bağlı vahid fikrə gələ bilmədilər.Bir sıra Rusiya KİV-in məlumatlarına əsasən, Azərbaycan əvvəlcə ildə $15 mln. icarə haqqı tələb etsə də, sonralar bu $150 mln. daha sonra $300 mln. məbləğinə qədər artırılıb.