Bakı polisləri üzərində külli-miqdarda narkotik vasitə olan cənub bölgəsinin sakinini saxlayıblar. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə çərşənbə günü Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Axtarış zamanı əməliyyatçılar saxlanılan şəxsin üzərindən 1 kq 391 qram tiryək və 985 qram marixuana aşkar ediblər.
Faktla bağlı cinayət işi açılıb, təhqiqat aparılır.