Yanvarın 25-25-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında “Ümumi Aviasiya Məkanı Sazişi” barədədanışıqların ilk raundu başlayacaq. Bu barədə çərşənbə günü Aİ-nin nümayəndə heyətinin mətbuat xidməti məlumat verib.
“Rəsmi Bakı və Aİ arasında Ümumi Aviasiya Məkanı barədə saziş ikitərəfli münasibətlərin möhkəmlənməsində irəliyə doğru atılan vacib addımdır, bu həm də siyasi, iqtisadi münasibətlərə də müsbət təsir göstərəcək, xalqlar arsaında əlaqələri gücləndirəcək”,- deyə məlumatda Aİ-nin nümayəndə heyərtinin rəhbəri Roland Kobiaya istinadən bildirilir.
Onun sözlərinə görə, proqnozlara əsasən, saziş imzaladıqdan sonra 5 il ərzində Aİ və Azərbaycan arasında təyyarə sərnişinlərinin sayı 860 minə qədər arta bilər və “bu şansı əldən vermək olmaz. O bildirib ki, Aİ regionun bir sıra ölkələri ilə belə saziş imzalayıb.