Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Unicapital” ASC-yə broker və diler fəaliyyətini həyata keçirmək üçün yeni lisenziyalar verib. Bu barədə QKDK-nın məlumatında deyilir.
“Unicapital”ın lisenziyasının müddəti başa çatıb. Qanunvericiliyə uyğun olaraq, şirkət çərşənbə günü broker və diler fəaliyyətini həyata keçirmək üçün yeni lisenziyalar alıb”, - deyə məlumatda qeyd olunur.
Lisenziyalar 5 il müddətinə verilib.
Hazırda Azərbaycanda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 11 diler fəaliyyəti və 3 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar,1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş lisenziyalar qüvvədədir.
“Unicapital” – “Unibank”ın törəmə strukturudur. ASC 2008-ci ildən etibarən fəaliyyət göstərir.