Mart ayında Bakıda “MDB dövlətlərinin paytaxtlarında tarixi və mədəni irsin mühafizəsi məsələləri” adlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin və MDB İcraiyyə Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilir.
Konfrans zamanı “Müasir urbanizasiya şəraitində paytaxt şəhərlərin tarixi və mədəni irsinin mühafizəsi məsələləri”, “Paytaxt şəhərlərin tarixi mərkəzlərinin idarə edilməsi modelləri və ümumdünya irs”, “Tarix və mədəniyyət abidələrinin şəhərin sosial-iqtisadi inkişafı baxımından səmərəli istifadəsi” mövzularında sessiyalar keçiriləcək.
Konfransda MDB-yə üzv dövlətlərin paytaxt şəhərlərinin merləri və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı gözlənilir.