Yanvarin 24-dən fevralın 2-nə qədər Bakıda gənclər arasında Salsa ( Latın rəqsləri) rəqsləri üzrə açıq çempionat keçiriləcək.Bu barədə “İnterfask -Azərbaycan” agentliyinə Gənclər İttifaqının sədr müavini Əziz Əzizov məlumat verib.
Çempioanat hər il fevralın 2-də qeyd edilən Azərbaycan Gəncləri günününə həsr edilib.
Festivalda Azərbaycan Azərbaycan Gənclər Təşkilatı və Azərbaycan Müasir və Sosial Rəqs Assosiasiyasının 40-dan çox rəqs qrupu və kollektivi iştirak edəcək
Çempionatı beynəlxalq hakimlər idarə edəcək, ilk dəfə Bakıda rəqslər üzrə milli hakimlər bazasının əsası qoyulacaq.
Yanvarın 24-də çempionat çərçivəsində Salsa la üzrə potensial hakimlərin hazırlığı mövzusunda 3 günlük seminar öz işinə başlayacaq, yanvarın 24-26-da Azərbaycanın gənc rəqqasları üçün ustad dərsləri keçiriləcək.
Çempionat Qala konsertlə yekunlaşdırılacaq.
Bu çempionat genişmiqyaslı olacaq və ölkədə rəqs sənətinin inkişafına xidmət edəcək.
Festival Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gənclər İttifaqının dəstəyi ilə təşkil olunur.