Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə Hökumət Komissiyası EITI üzrə hesabatların təhlili üçün auditor seçiminə dair təklif sorğusu elan edib. Hesabatlar 2012-2014-cü illərin yekunlarına dair hazırlanıb. Bu barədə Komissiyadan məlumat verilib.
“Sorğuda iştirak etmək üçün Azərbaycanda fəaliyyət göstərərn dünyada tanınmış beynəlxalq auditor şirkətləri dəvət olunur. Şirkətlərin təklifəri fevralın 12-dək qəbul olunur”, - deyə məlumatda qeyd edilir.
EITI üzrə hesabatların hazırlanması 2004-cü il noyabrın 24-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyası, xarici və yerli şirkətlər, həmçinin QHT Koalisiyası arasında imzalanan memoranduma əsasən həyata keçirilir. Memoranduma əsasən, mineral resurslar hasil edən şirkətlər ayırmaları barədə məlumatları hökumətə təqdim etməlidir. Hökumət həmçinin həmin şirkətlərdən daxilolmalar barədə hesabatlar təqdim edir. Bütün məlumat auditor şirkətə təqdim edilir. Şirkət onun əsasında hökumətin mədən sənayesindən əldə etdiyi gəlirlər üzrə ümumi hesabat hazırlayır. EITI üzrə hesabatlar ilin yekunları üzrə bir dəfə hazırlanır.
Xəbər verildiyi kimi, Azərbaycan 2003-cü ildə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) qoşulub. 2003-cü il noyabr ayında Nazirlər Kabinetinin sərəncamına əsasən EITI-nin reallaşdırılması üzrə xüsusi komissiya yaradılıb.