İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulmasına görə “Qaradağ-AND” MMC-yə 10,1 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib. Bu barədə nazirlikdən məlumat verilib.
Xidmət antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə “Qaradağ-AND” MMC-yə maliyyə sanksiyası tətbiq edilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan prezidenti tərəfindən 2009-cu il dekabrın 26-da təsdiqlənib.