“Aqrolizinq” ASC 2012-ci ildə kənd təsərrüfatı texnikası və avadanlığın alışına 28,4 mln. manat vəsait yönəldib. Bu barədə Dövlət Statistika Komitəsinin saytında yerləşdirilən məlumatda qeyd edilir.
“ASK sektorunun texnika ilə təchiz olunması istehsalın səmərəliliyinin artırılması, istehsal həcmlərinin və məhsulların keyfiyyətinin artərəlması üçün mühüm rol oynayır”, - deyə məlumatda bildirilir.
2012-ci ildə “Aqrolizinq” 1 991 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 674 ədəd traktor, 651 ədəd kotan, 121 ədəd otbiçən, 48 ədəd taxılyığan kombayn, 29 ədəd gübrəsəpən maşın, digər kənd təsərrüfatı maşın və avadanlıqları satın alıb.
Xəbər verildiyi kimi, 2005-2011-ci illərdə "Aqrolizinq" ASC aqroservis filiallarının tikintisinə, kənd təsərrüfatı texnikası və avadanlığının, mal-qara və mineral gübrələrin alınmasına 430,4 mln. manat yönəldib.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.