Türkdilli dövlətlərin diaspor təşkilatlarının əməkdaşliği bu ölkələrin inkişafina öz töhfəsini verəcək. Qırğızısrtan XİN-in departamet direktoru Kaştakbek Aytmatov Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin iclasında belə söyləyib
“Azərbaycanda Türkiyə və Rusiyada olduğu kim çoxlu sayda qırğız yaşayır. Bizim məqsədimiz onları birləşdirməkdir, çünki qırğızların birləşməsi turizm və iqtisadiyyatın inkişafına, investisiya qoyuluşlarının artmasına töhfə verə bilər”,- deyə K.Aytmatov qeyd edib.
Dünya Qazaxlar Asossiasiyasının İdarə Heyətinin sədr müavini Talqat Mamaşovun sözlərinə görə, SSRİ dövründə Qazaxısdtan bir sıra problemlərlə üzləşirdi, o cümlədən Türkiyə ilə əlaqələrin yaradılmasına qadağanlar qoyulurdu. “Bu gün Qazaxıstan vahid türk əlifbası və dilinin yaradılmasına böyük əhəmiyyət verməklə yanaşı, türkdilli ölkələrin bu istiqamətdə apardığı işləri dəstəkləyir”,- deyə o bildirib.
Tədbirdə çıxış edən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baç katibi Xəlil Akınçı xaricdə türkdilli ölkələrin diaspor təşkilatlarının əlaqə mərkəzlərinin yaradılmasının zəruriliyini vurğulayıb. “ Bu mərkəzlər türkdilli ölkələrin diasporlarını narahat edən ümumi məsələləri həll etməli, həmçinin bu problemləri dövlət başçılarının diqqətinə çatdırmalıdır”,- deyə X.Akınçı əlavə edib.O deyib ki, diasporların fəaliyyəti türk dünyasının nüfuzunun artırılmasına və xaricdə müəyyən dairələr tərəfindən aparılan anti-türk təbliğatının qarşısının alınmasına yönəldilməlidir.