“Unibank”ın İdarı Heyətinin sədri Faiq Hüseynovla müsahibə.
- Maraqlıdır, ötən il bankın fəaliyyətində nə ilə yadda qalıb?
- Düşünürəm ki, nəticələri kənardan da görmək mümkündür. Biz biznesimizin fəal genişləndirmə mərhələsinə daxil olmuşuq. Sirr deyil ki, hazırda fəaliyyətimizi riteyl seqmentinə, əhalinin daha geniş dairəsi ilə işə yönəltmişik. Ötən il ərzində depozit portfelinin həcmi 300 mln. manatı ötüb, kredit portfeli 290 mln. manatdan 375 mln. manatadək artıb, buraxılan plastik kartların sayı 80 min ədəddən artıq təşkil edib.
Bundan başqa, ötən il ərzində biz bir neçə yeni filial açmışıq, xüsusilə xoşdur ki, yalnız Bakıda deyil. Söhbət İsmayıllı, İmişlıdə açdığımız filiallardan gedir. Cari ildə də filial şəbəkəsinin genişləndirilməsinə dair müəyyn planlarımız var. İşçi heyətimiz ciddi şəkildə artıb. Ötən ilin sonuna əməkdaşların sayı 1,3 min nəfər təşkil edib. Komandamızı, bank daxilində bir çox xidmətləri gücləndirmişik. Ümumilikdə, 2012-ci ili bankın təsiq edilən strategiyasının fəal inkişaf mərhələsinə daxil olduğu, investisiya və kapital qoyuluşları ili kimi qeyd etmək olar. Həmçinin, sözün geniş mənasında. Bu insanlara, onların tədrisi və treninqlərinə və s. qoyulan kapitaldır.
- Yekunlardan söz açmışkən, 2013-cü ilə planlar barədə danışaq. Siz onu necə görürsünüz?
- İlk növbədə, makroiqtisadi nöqteyi-nəzərindən cari ili sabit görürəm, bu isə vacibdir. Əlbəttə ki, dünyada baş verən hadisələrini görürük, böhran prosesləri, hər şeyə əsasən, başa çatmır. Azərbaycan bu mənada “xoşbəxtlik adası”, sabitlik zonasıdır. Üstün cəhət ondan ibarətdir ki, ölkənin qısa və ortamüddətli perspektivdə əldə etdiyi nailiyyət və layihələr investisiya rahatlığı hissi yaradır, bu isə fəaliyyət, kapilat qoyuluşları, biznesi proqnozlaşdırmağa imkan verir. Bu səbəbdən, menecment daxilində 2013-cü ili müzakirə edərək biz onu makroiqtisadiyyat nöqteyi-nəzərindən sabit kimi proqnozlaşdırmışıq.
Banka gəlincə, bu gün inkişaf etdiyimiz bütün əsas istiqamətlər üzrə inkişaf etməyə davam edəcəyik. Çoxlu sayda filial və ya şöbə, satış nöqtələrinin açılmasını nəzərdə tutmuruq. Lakin, əsas istiqamətlərdən biri, müştərilərimizin tələbatlarının ödənilməsi olacaq. Yəni xidmətin keyfiyyət və sürətinin yaxşılaşdırılması, qiymətqoyma, məhsul çeşidinin genişləndirilməsi. Ənənəvi olaraq kiçik və orta sahibkarlığın, o cümlədən, iri korporativ layihələrin, mikrobiznesin kreditləşdirilməsi ilə ciddi məşğul olacağıq. Həmçinin, aparıcı bankların əksəriyyətinin tutduğu universal bank xəttini qoruyacağıq. Bankın kapitallaşması ilə bağlı heç bir problem yoxdur – Azərbaycan Mərkəzi Bankının (AMB) təyin etdiyi normalar çərçivəsindədir. Öncədən suallarınızı qabaqlayaraq bildirim ki, bankın birləşmə, digər bankların alınmasına dair ciddi planları yoxdur. Lakin, gizlətmirəm, səhmdarların iclasında müntəzəm surətdə strategiyanın müzakirəsi zamanı bu bənd hər zaman seçim kimi mövcuddur. Amma buna dair ciddi mülahizə və danışıqlar aparılmır.
- Daha dəqiq olsaq necə, maliyyə göstəriciləri üzrə konkret istiqamətləri qeyd edə bilərsiniz?
- Bütün əsas istiqamətlər üzrə, aktivlər, portfel (kredit), depozitlər, müştərilərin sayı və s. daxil olmaqla, tarazlaşdırılmış və sağlam artıma yönəlmişik. Orta hesabla 15% səviyyəsində artım gözləyirik. Bu bizim tərəfimizdən olan gözləntilərdir. Əlbəttə ki, nəticədə səhmdarlarımızın maraqlarına cavab verəcək gəlirliliyin təmin edilməsinə yönəlmişik.
- Bankın inkişaf strategiyasının reallaşdırılması prosesi necə keçir?
- Mən bankın strategiyasını riteyl adlandlrmaq istəməzdim. Dərhal qeyd etmək istərdim ki, biznesin inkişaf strategiyamız mövcuddur. Kiçik və orta sahibkarlığın kreditləşdirilməsi, riteyl, makromaliyyələşdirmə, korporativ biznes, foreks-biznes kimi bloklardan hər birinin bankın strategiyasında öz yeri var. “Unibank”ı yalnız pərakəndə bank hesab etmək yanlışlıq olardı. Bankın portfelinin mühüm hissəsi korporativ və kiçik və orta sahibkarlıq zonasında yerləşir. Biz mövqelərimizi əldən verməyi planlaşdırmırıq.
İkincisi, populist səslənsə də, lakin, hesab edirəm ki, Azərbaycan kiçik və orta sahibkarlığın həyata keçirilməsi üçün ölkədir. Biz kifayət qədər yığcam, o qədər də böyük olmayan ölkəyik. Mənim üçün riteyl ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi arasında fərq ondan ibarətdir ki, riteylin maliyyələşdirilməsi, olsun ki, hansısa qısamüddətli strategiyalar güdür. Mən isə, bu ölkənin vətəndaşı kimi, kiçik və orta sahibkarlığın, məhz biznes mühitin dəstəklənməsinin şahidi olmaq istərdim. Çünki, məhz bu mühit pulları artırır. Daha sonra isə bu müəssisələrdə çalışan insanlar pərakəndə xarakteri daşıyan kreditlərdən istifadə edirlər.
- Yəni, riteyl banka çevrilmək barədə söhbət ola bilməz?
- Ehtimal ki, bu qismən doğrudur. Çünki bankımızda pərakəndə biznes praktiki olaraq təqdim olunmayıb. Demək olar ki, o məhdud seqmentdə təqdim olunub. Xüsusilə, böyük rəqəmlərlə bütün pərakəndə satışımız yalnız avtomobil kreditləşməsindən ibarət olub. Bəli, bank ölkədə ən iri avtomobil krediti verən bankdlır. Pikdə portfel 120 mln. manatı ötüb. Bu gün bu şəbəkəni genişləndiririk. Lakin, bu demək deyil ki, bütövlükdə pərakəndə biznesə qoşulmuşuq. Biz yalnız portfelin, aktivlərin diversifikasiyasını həyata keçiririk. Məsələn, foreks xəttini istifadəyə vermişik, ancaq bundan sonra foreks-bank olmamışıq.
- Ölkənin bank sektorunda cari vəziyyət və tendensiyalar barədə fikrinizi öyrənmək maraqlı olardı.
- Düşünürəm ki, hətta kənardan bizim olduğumuz istehlakçı nöqteyi-nəzərindən əmin olmaq mümkündür ki, bank sektoru: sabit, nizamlanan, şəffaf, institusional inkişaf edib. Dərhal düzəliş etmək istərdim: həmin tezislər barədə danışarkən bu sektorda nüfuzu olan, müştərilərə real xidmət edən, portfelə, şəbəkəyə və s. malik olan bankları nəzərdə tuturam.
Bu gün, həmçinin bir neçə il ərzində bura səfər edən insanlar, onların və bizim təəccübümüzə səbəb olan adekvat bank sektoru ilə qarşılaşırlar. Onların təəccübü məndə də təəccüb oyadır. Mən bu sektoru təmsil etməyimlə lovğalanmaq istəməzdim.
- Növbəti sualı verməyə bilmərəm. Söhbət bankın səhmdarı olan Avropa Yenidənqurma və İnkişaf Bankından gedir. Bir qayda olaraq, AYİB səhmdar qismində digər banklarla beş ildən artıq əməkdaşlıq etmir. Lakin, “Unibank”la məsələ nə isə uzanıb...
- Cavab çox sadədir... AYİB-in mandatı, digər bir çox maliyyə institutlarında olduğu kimi, beş ildən sonra səhmdarlar tərkibindən çıxmağa imkanı verir. AYİB on il ərzində bizim səhmdarımızdır. Sirr deyil ki, bank tərəfindən bir neçə beynəlxalq maliyyə institutları ilə bankın strateji investorları olmaq barədə danışıqlar aparıb. Lakin, bildiyiniz kimi, böhran başlayıb. Bu da azmış kimi, bütün dünyada strateji investorların marağı itib. Bundan əlavə, AYİB anlayır ki, səhmdarların tərkibindən çıxmaq üçün münasib zaman deyil. Onlar bankda fəal investisiya iştiraklarını davam etdiriblər. Bu yalnız maliyyədə deyil, həm də institusional inkişafda özünü göstərir. Eyni zamanda, əgər həm iqtisadi, mənəvi, strateji və digər aspektlərdə bizimlə maraqları üst-üstə düşən beynəlxalq strateji investor meydana çıxarsa, bu hər zaman müzakirə mövzusu ola bilər.
- Bu səbəbdən bankın səhmdarı olmaq istəyən Macarıstanın “ОТР Bank”ın marağı itdi?
- “ОТР Bank” strateji investor qismində namizədlərdən biri olub. Onunla danışıqlar bütün dünyada, həmçinin Macarıstanda maliyyə böhranı ilə əlaqədar 2008-ci ildə başa çatıb.
- ... və hazırda danışıqlar dayandırılıb?
- Bəli, bu günə heç kimlə danışıqlar aparılmır. Səhmdarların strukturu dəyişilməz qalır.
- Yeri gəlmişkən, xarici maliyyə institutları barədə söhbət düşmüşkən, xarici borclarla vəziyyət nə yerdədir?
- 2008-ci ildə böhranla qarşılaşan ilk bank olduq. Çünki, 2008-ci ilədək biz xarici maliyyə institutları ilə fəal iş görmüşük. Cəlb olunan xarici vəsaitin həcminə və diversifikasiyasına görə ən fəallardan biri, hərgah ən fəal kommersiya bankı olmuşuq. O zaman biz $200 mln.-dan artıq vəsaitə malik idik və qısa müddət - altı ay ərzində bu pullar qaytarıldı. Buna görə həmin məsələdə səhmdarlar, Mərkəzi Bank, müştərilər daxil olmaqla, kömək edən hər kəsə minnətdarıq. Bu çətin zamanlar olub, lakin onların sayəsində çox şey öyrəndik.
Cari ilin əvvəlinə xarici borclar üzrə qalıq məbləq $90 mln.-a yaxın təşkil edir. Ötən il ərzində biz təxminən $90 mln. ödəmişik. 2008-2010-cu illərin hadisələri nəticəsində bir sıra bankdaxili dəyişikliklər həyata keçirdik, o cümlədən, xaricdən vəsaitlərin cəlb edilməsi məsələsində fəaliyyətimizi qaydaya saldıq. Bu gün xaricdən vəsaitlərin cəlb edilməsi məsələsinə daha konservativ yanaşırıq. Bu deməkdir ki, xaricdə uzadılan hər dolların dalınca qaçmırıq. Pulların qiymətqoyma, uzunluğu, həcmi məsələlərində daha şıltaq olmuşuq. Ödənişlər qrafikini vaxtında, gecikdirmələr olmadan həyata keçiririk. Bankın fəaliyyət dövrü ərzində tərəfdaşlarımızdan heç biri deyə bilməz ki, ödənişi bir gün və ya bir sent gecikdirmişik.
- Cari ilə vəsaitin cəlb edilməsinə dair planlarınız nədən ibarətdir?
- Cari ilə müəyyən gözləntilər, maliyyə proqnozumuz var. Buna istinadən biznesimizə vəsait cəlb edəcəyik. Bun dair tarazlaşdırılmız struktura malikik. Həmçinin, xaricdən cəlb etməyi nəzərdə tutduğumuz müəyyən vəsait həcmi var. Konkret rəqəmləri qeyd edə bilmərəm, çünki dünya bazarlarında vəziyyət o dərəcədə dəyişkəndir ki, rəqəmləri altı aydan artıq müddətə planlaşdırmaq çətindir. Lakin, 2013-cü ildə İslam İnkişaf Bankından $13 mln., daha $20 mln. digər beynəlxalq maliyyə institutlarından cəlb etməyi planlaşdırırıq.
- Nizamnamə kapitalının artırılmasına dair planlarınız nədən ibarətdir?
- Qeyd etdiyim kimi, Mərkəzi Bankın normalarına əsasən, nizamnamə kapitalını artırmağımıza ehtiyac yoxdur. Lakin, səhmdarlarımızın kapitalı artırmaq istəklərini istisna etmirik. Bu məsələ hələ ki, sual altındadır və hazırda nə mənfi, nə də müsbət cavab verə bilmərəm. Biz “rahatlıq zonası”ndayıq. Atalar sözü var: “Ən bahalı pullar – kapitala qoyulan pullardır”. Bu səbəbdən, əgər hər şey biznes-planımıza uyğun inkişaf edərsə, menecmentin rəhbəri kimi səhmdarların kapitalı ehtiyac olmadan artırmalarına o qədər də can atmayacağam.
- Bankın planlarına xarici bazarlara çıxış daxildir?
- Cari ilə Azərbaycandan kənarda biznesin genişlənsdiriməsini nəzərdə tutan əməliyyat planlarımız yoxdur. Lakin, bankın strategiyasında bu bənd hər zaman mövcuddur. Onu nə zaman həyata keçirtmək – daha uzunmüddətli perspektivin məsələsidir. Hesab edirik ki, bu il burada da kifayət qədər iş var. Gürcüstan və digər regionlar cəlbedicidir. Hər zaman bankın orada nə edəcəyini dana dərindən anlamaq lazımdır. Yəni, orada resursların qiyməti, kredit və depozit dərəcələri nədir və s. məsələləri.
- Yeri gəlmişkən, bankın kredit bazarında fəallığını nəzərə alaraq problemli kreditlərlə bağlı vəziyyəti öyrənmək istərdik...
- Biz məmnunuq. Gözlədiyimiz çərçivədəyik. Gizlətmirəm, insanlar var ki, mexaniki olaraq kreditləri ödəmək yaddlarından çıxır, müəyyən çətinlikləri olur, onlarla iş aparılır. Bankın müştərini tapdalamaq kimi ideyası yoxdur. Heç kəsə kiminsə mənzili, avtomobili lazım deyil. Bizim üçün 1 manatımızı geri almaq daha xoşdur, nəinki kimə isə məxsus mülkiyyəti əlindən almaq. Əfsuslar olsun ki, mətbuatda vaxtında problemlərini həll etmək istəmədiklərinə görə bankların ünvanına qara yaxan müştərilər barədə məqalələr görmək mümkündür. Cəsarətlə deyə bilərəm ki, yalnız bankımızın adından deyil, əgər müştəri konstruktiv dialoq və əməkdaşlığa yönəlibsə, Bank hər zaman müştəriyə güzəştə gedəcək.