Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncədə regional müşavirə keçirib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin regional bürosu xəbər verir.
İclasın gedişində nazir son zamanlar dəm qazından zəhərlənmə hallarının tez-tez baş verməsi ilə əlaqədar əlaqədar narahatlıq ifadə edib və bildirib ki, belə hadisələrin qarşısının alınması üçün vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etməlidirlər.
“Əhali tərəfindən qaz və digər isitmə sistemlərinin müntəzəm istifadəsi FHN və başqa qurumlarda müzakirə mövzusudur, bununla əlaqədar olaraq müvafiq tapşırıqlar verilib”, - deyə K.Heydərov cümə günü müşavirədən sonra jurnalistlərə deyib.
“Bizim əsas məqsədimiz Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etməkdir", - deyə nazir vurğulayıb. Onun sözlərinə görə, müşavirənin yekunları üzrə müvafiq tapşırıqlar verilib.