Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) və Beynəlxalq Miqrasiya Təşkilatı əməkdaşlıq
əməkdaşlıq barədə saziş imzalayıblar.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən məlumat verir.
Sənəd ANAMA-nın direktoru Nazim İsmayılov və Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin rəhbəri Sərxan Ağtorpaq tərəfindən imzalanıb.
Sənəd toplanmış döyüş sursatlarının məhv edilməsini, ərazilərin minalardan təmizlənməsini, minadan zərərçəkənlərə yardım edilməsini və reabilitasiyasını, əhali arasında maarifləndirmə işlərinin təşkilini nəzərdə tutur.