Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri 2012-ci il ərzində 17,5% - 5,891 mlrd. manata qədər artıb. Bu barədə bankın məlumatında deyilir.
Cari ilin yanvar ayının əvvəlinə bankın kredit portfeli 3,856 mlrd. manat (artım 22,2%), istehlak kreditləri 436,2 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində bankın məcmu kapitalı 720 mln. manata (artım 40,4%), nizamnamə kapitalı 330,8 mln. manata (artım 37,8%) bərabər olub.
2013-cü il yanvarın 1-nə ROA əmsalı (aktivlərin gəlirliliyi) 0,82%, ROE əmsalı (kapitalın gəlirliliyi) 9,21% təşkil edib. Ötən ilin analoji dövrünə bu göstəricilər 0,51% və 3,52% olub.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.