Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi(SMPDK) çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini gücləndirib.Bu barədə komitənin məlumatında bildirilir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti çörək istehsalı ilə məşğul olan istehsal subyektlərinin siyahısını hazırlayıb.Bu subyektlərdə müntəzəm olaraq xidmət tərəfindən monitorinqlər aparılacaq.
Məlumata əsasən,2012-ci ildə Xidmət 261 istehsal subyektinin fəaliyyətində nöqsanlar aşkarlanıb, Bunlardan 66-sı çörək məmulatlarının istehsalı müəssisələrinin payına düşür.
2012-ci ilin dekabr ayında Azərbaycan Respublikasında əhalinin təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin edilməsi, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq Əmri ilə Azərbaycan Standartları İnstitutunun nəzdində "Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə" Texniki Komitə (TK 15) yaradılmışdır. Əmrə əsasən TK-nın Əsasnaməsi, strukturu və tərkibi təsdiq edilmişdir. Texniki Komitədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunur.
Texniki Komitə tərəfindən hazırda "Buğda unundan hazırlanan çörək-bulka məmulatları. Ümumu texniki şərtlər" standartı layihəsi üzərində iş aparılır.