Azərbaycanda tikinti məhsulları istehsal edən müəssisələr 2012-ci ildə məhsul istehsalının həcmini 2011-ci illə müqayisədə 16,9%- 311,7 mln. manatadək artırıblar.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2012-ci ildə 1 mln. 978 min ton( artım 38,9 %) sement, 1494 min ton tikinti gipsi (artım 49%) 7 mln.608,8 min ton tikinti əhəngi (artım 60,6 dəfə)istehsal edilib.
2012-ci ildə asphalt istehsalı 58,3 %-560,2 min tonadək, hazır beton məhlulu 8,6%-1 mln.191,2 min tonadək. kərpic istehsalı 1,6%-248,6 min tonadək artıb.
2012-ci ildə şüşə lifin istehsalında 57,2%- 498,5 min tona qədər azalma qeydə alınıb.