Moskva vilayətində Azərbaycan vətəndaşının işi ilə əlaqədar qaldırılmış cinayət işinin istintaqı başa çatdırılıb və iş məhkəməyə göndəriləcək.Rusiya İstintaq Komitəsinin Baş İdarəsinin rəsmisi İrina Qumennayanın bildirdiyinə görə motosikletçi Leonid Frolov Azərbaycan vətəndaşının zərbəsindən sonra həyatını itirib.
“RF Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə ittiham edilən 39 yaşlı Azərbaycan vətəndaşına qarşı qaldırılmış cinayət işinin istintaqı başa çatdırılıb”,- deyə İ.Qumennaya “İnterfask” agentliyinə bildirib.
O qeyd edib ki, cinayət işi ittihamnamə ilə birgə Sergiyevo- Posadski məhkəməsinə göndəriləcək.
İ.Qumennaya xatırladıb ki, şübhəlinin şəxsiyyəti insident baş verdikdən təxminən 2 ay sonra, cinayət işi polis orqanları tərəfindən İstintaq Komitəsinin ərazi bölməsinə təqdim edildikdən sonra aşkarlanıb.
İstintaq materiallarına əsasən, 2012-ci il iyunun 30-da Sergiyev- Posada bazarda düşən davada bir nəfər L.Frolovun çənəsinə zərbə endirib.Zərbə nəticəsində L.Frolov yıxılıb və başı asfalta çırpılıbBir neçə gündən sonra o həyatını itirib.DİN istintaq orqanı RF cinayət Məcəlləsinin 111-ci maddəsi ilə cinayət işi qaldırıb.Sentyabr ayında cinayət işi İstintaq Komitəsinə təqdim edilib
Sergiyev Posadda 300-ə yaxın motosikletçinin həlak olmuş yoldaşlarının xatirəsini yad etmək üçün keçirdikləri aksiyadan bir neçə gün sonra onun ölümündə şübhəli bilinən şəxs saxlanılıb.
Bayker cəmiyyətinin fəallarından olan Arseni Rayski “İnterfaks” agentliyinə bildirib ki, baykerlər L.Frolovun ölümünə səbəb olmuş şəxsi özləri axtarmaq və cəzalandırmaq niyyətində olublar.Rayskinin sözlərinə görə,L.Frolov oğlunun və qoca atasının gözləri qarşısında “Merkuri” bazarının satıcılarının təhriki ilə yaranmış münaqişədə öldürülüb.
Eyni zamanda Rusiya DİN Baş İdarəsinin Moskva vilayəti üzrə rəsmisi Yevgeni Qildeyev şübhəlinin şəxsiyyətinin müəyyənləşdirildiyini və axtarışa verildiyini bəyan edib.