2012-ci ildə Azərbaycanın kimya müəssisələri istehsal həcmini 18,5% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat ili ərzində respublikada 220,9 mln. manat ümumi məbləğdə kimya, əczaçılıq, rezin və plastmas məhsulları istehsal olunub. Eyni zamanda, yalnız kimya sənayesində istehsalat həcmlərinin artımı 18,5% təşlil edib”, - deyə Komitədən qeyd edilib.
Məlumatlara görə. 2012-ci ildə propilem istehsalının həcmi 24,1% - 27,4 min tona qədərş, lak və boya məhsullarının – 10,5% - 3 min 557,2 tona qədər artıb.
2012-ci ildə sulfat turşusu istehsalında azalma 66,7% - 5,1 min tona qədər, kaustik sodanın – 99,2% - 85,9 tona qədər, polietilenin – 10,5% - 66,8 min tona qədər, izopropil spirtin – 33,2% - 7,2 min tona qədər təşkil edib.