İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərini pozduğuna görə "Laçın-1" firmasına 4,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Dövlət Xidməti tərəfindən müəssisə barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
"Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə sement istehsalı ilə məşğul olan "Laçın-1" firmasına maliyyə sanksiyası tətbiq edilib", - deyə məlumatda qeyd edilir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Əsasnaməsi 2009-cu il dekabrın 26-da Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib.