Birləşmiş Ştatlar Suriyaya dair ölçülüb-biçilmiş siyasət yütürməli və düşünülməmiş qərarlar qəbul etməməlidir. Bu barədı ABŞ prezidenti Barak Obama bəyan edib.
Bazar günü ABŞ-ın Dövlət katibi Hillari Klintonla Amerikanın CBS teleşirkətinə birgə müsahibəsində B.Obama Vaşinqtonun Suriya böhranına bilavasitə mümkün müdaxiləsi imkanı barədə suala cavbında bildirib: “Suriya müdaxiləmizin klassik nümunəsidir (qiymətləndirmə üçün - İF). Əmin olmaq istərdik ki, bu cür müdaxilə ABŞ-ın təhlükəsizliyi təmin etməyə imkan yaradaraq, həm də Suriya xalqı və digər dövlətlərin nöqteyi-nəzərindən düzgün olacaq. Məsələn, ciddi dərəcədə toxunacağı İsrailin. Bu səbəbdən, bəzən güclə hərəkət etməyə dəyməz”.
B.Obama H.Klintona həyata keçirdiyi işə görə minnətdarlığı bildirib. Öncə yeni ABŞ Dövlət katibi təyin ediləndən sonra H.Klinton istefa verdiyini bəyan edib.
Prezident qeyd edib ki, H.Klinton ölkənin tarixi boyunca “ən yaxşı Dövlət katiblərindən biri” olub və vurğulayıb ki, “onun işi sayəsində ABŞ-ın xarici siyasətində bir çox nailiyyətlər əldə edilib”.
“Mən onun üçün darıxacağam”, - deyə B.Obama bildirib.