Braziliya prezidenti Dilma Rusef Santa-Mariyadakı “Kiss” gecə klubunda baş vermiş yanğının qurbanlarının xatirəsinə milli matəm elan edib.
BBC-nin məlumatına görə, faciənin baş verdiyi ştatda matəm 30 gün davam edəcək.
Son məlumatlara görə, faciə qurbanlarının sayı 232 nəfər təşkil edir. İlkin məlumata əsasən, yanğın səhnədə çıxış edən rok qrupun fişəng yandırması nəticəsində baş verə bilər.