Qafqaz Universitetində “Kompyuter Bilikləri Sahəsində Milli Test Mərkəzlərinin” yaradılması layihəsinin açılış mərasimi keçirilib.Bu barədə universitetin məlumatında bildirilir.
Layihə Avropa Birliyinin TEMPUS Proqramı çərşivəsində həyata keçirilir.
Universitetin prorektoru, professor Cihan Bulud bildirib ki, bu layihədə 5 Avropa universiteti- Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinin və 11 yerli universitetin nümayəndəsi iştirak edir.
Test Mərkəzlərinin Azərbaycanda qurulması üçün yerli mütəxəssislərin müəyyən müddətlərdə adları qeyd olunan ölkələrdəki universitetlərə ezam olunmaları, oradakı təcrübəni yaxından öyrənərək Azərbaycanda tətbiqi nəzərdə tutulmuşdur.
Üç illik müddəti olan layihə 2015 ci ilin oktyabr ayında başa çatacaq.
Prorektorun sözlərinə görə, layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaqdır.
O qeyd edib ki, bu Qafqaz Universitetinin TEMPUS proqramı çərçivəsində əldə etdiyi ən böüyk layihədir.