2012-ci ildə Azərbaycanda çörək və çörək -bulka məhsullarının istehsalı 2011-ci illə müqayisədə 0,3%-734.4 min tonadək artıb.Bu barədə “İnterfaks – Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən bildirilib.
Komitənin məlumatına əsasən, hesabat ilində ət istehsalı (quş əti də olmaqla) 2,6%-264,7 min ton, kolbasa 1,9%-1 min 989,9 ton, qaymaq-2,3%,-4 min 459,9 ton, pendir və kəsmik-0,7%, 46,5 min ton, yağ 1,5%-21,8 min ton, cem və marmelad 7,5%- 11 min 250,2 ton təşkil edib.
2012-ci ildə 64,5%-63 min 111,9 ton təmizlənmiş maye bitki yağı, 15,2%-23 min 61,3 ton marqarin, 6,3%-355,1 min ton qənd və şəkər tozu istehsal edilib.
2012-ci ildə süd istehsalında 0,1%-820 min tona qədər azalma müşahidə olunub.