Gənclər Azərbaycanın ictimai həyatında xüsusi rol oynayır.Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov çərşənbə axşamı gənclər gününə həsr edilmiş konfransda çıxışı zamanı belə söyləyib.
“Azərbaycanın gələcəyi parlaqdır, və gənclərimizin üzrəinə böyük missiya düşür.Gənclərin malik olduğu potensial bunu deməyə əsas veri ki, onlar ölkənin gələcək inkişafına əvəzolunmaz töhfələr verəcəklər”,- deyə Ə.Ə hmədov qeyd edib.
Onun sözlərinə görə təxminən 600 min üzvü olan Yeni Azərbaycan Partiyasının əksəriyyətini gənclər təşkil edir. “Gənclər partiyanın inkişafında mühüm rol oynayacaq. Biz ölkəmizin gələcəyini partiyamızın ətrafında birləşmiş gənclərdə görürük”,- deyə o vurğulayıb.
“Əminəm ki, gənclər gələcək prezident seçkilərinə də öz töhfələrini verəcəklər. Hesab edirəm ki, gənclər bu gün dövlətin onlara verdiyi imkanlardan istifadə etməlidir”,- deyə Ə.Əhmədov qedy edib.
Konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu gün Azərbaycan gəncliyi müxtəlif beynəlxalq forumlarda layiqincə təmsil olunur. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Rroqramının həyata keçirilməsi rəhbərliyin gənclərə göstərdiyi diqqətin bariz nümunəsidir.