Qeydiyyatdan keçmiş və ya qeydiyyatdan keçməyi gözləyən Suriya qaçqınlarının sayı 705 min nəfərə çatıb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsinin çərşənbə axşamı dərc edilmiş bəyanatında deyilir.
İdarədə qeyd ediblər ki, son zamanlar qaçqınların sayının artması müşahidə olunur və BMT əməkdaşları bütün qaçqınları qeydiyyata almaq üçün iki növbədə işləməli olurlar.
Hazırda Livanda 220 mindən çox, İordaniyada təxminən 216 min, Türkiyədə və İraqda müvafiq olaraq 163 min və 77 min qaçqın var. Qalan qaçqınlar Misirdə və Şimali Afrikanın digər ölkələrindədir.