Misir Prezidentri Məhəmməd Mürsinin bu həftə Fransaya planlaşdırılan səfəri təxirə salınıb.Bu barədə çərşənbə axşamı Misir Prezident Administrasiyasından məlumat verilib
M.Mürsi cümə günü Fransa prezidentri Nikola Sarkozi ilə Fransa qoşunlarının Malidə islamçılara qarşı hərbi əməliyyatlarda iştirakı məsələsini müzakirə etməyi nəzərdə tutmuşdu.xatırladaq ki fransa qoşunlarının hərbi müdaxiləsi Misirin narazılığına səbəb olub.
Bununla belə, Misir Prezident Administrasiyasının məlumatına əsasən Misir prezidetninin çərşənbə günü Almaniyaya planlaşdırılan səfəri təxirə salınmayıb, lakin səfərin müddəti iki gündən bir neçə saata qədər azaldılıb.
Fransa səfərinin təxirə salınmasına səbəb ölkədəki vəziyyətlə əlaqədardır.Misirdə M.Mürsi tərəfdarları ilə müxalifətçilərin qarşıdurması davam edir.
Misirin müxalifətçi “ Milli Xilas Cəbhəsi” fevralın 1-də ölkədə kütləvi manifestə çağırıb.Bu barədə müxalifətin rəsmi məlumatında bildirilir.
Müxalifət cəbhəsi xalqı fevralın 1-də inqilabın məqsədinə nail olmaq üçün küçə və meydanlara çıxmağa çağırıb.Müxalifət həmçinin, bu yaxınlarda polislə toqquşmalar nəticəsində həlak olmuş onlarla misirlinin ölümünə etirazını ifadə etmək niyyətindədir.Ölkədə beş gün ərzində davam edən qarşıdurmalarda 50 nəfərdən çox insan həlak olub.
Prezident Məhəmməd Mürsi siyasi böhrandan çıxmaq üçün “Milli Xilas Cəbhəsini” dialoqa dəvət etsə də,müxalifət dəvəti qəbul etməyib və manifest çağırışları edib.Cəbhə lideri Məhəmməd Əl Baradeyinin sözlərinə görə, prezidentin təklif etdiyi dialoq əslində formallıqdan başqa bir şey deyil”.
Misir prezidenti 11 siyasi partiyanın nümayəndələrini, o cümlədən islamçı və liberalları ölkədəki siyasi böhranın həllinə yönəlmiş danışıqlarda iştirak etməyə dəvət edib.
Cümə günü Misir inqilabının ikinci ildönümü günündə polislə nümayişçilərin toqquşmasında təxminən 110 nəfər xəsarət alıb.Ölkənin bir sıra şəhərlərində prezident və “Müsəlman qardaşlar” partiyasının əleyhidarları hökumət binasına hücum etməyə cəhd göstəriblər.Müxalifətçilər “Müsəlman qardaşlar” hərəkatını ölkədə hakimiyyəti qəsb etməkdə və inqilabın ideyasına xəyanət etməkdə ittiham edirlər.
Bazar günü Port-Səid şəhərindəki iğtişaşlarda son məlumatlara əsasən, 35 nəfər həlak olub. Bu şəhərdə iştişaşlar keçən ilin fevral ayında futbol matçından sonra törədilən qalmaqallara görə hakimlərin 21 nəfər təşkilatçıya ölüm hökmü verməsi nəticəsində başlanıb
İsmailiyyə, Sueç şəhərlərində iğtişaşlar 30 gün müddətinə elan edilmiş fövqəladə hal rejiminə etiraz olaraq istirahət günü başlanıb.