“Paşa Bank” MDB ərazisində yeni analitik vasitə “SWIFT Watch BI” sisteminin ilk istifadəçisi olub. Bu barədə bankdan məlumat verilib.
"SWIFT Watch BI" analitik vasitəsi banka mövcud dəyişikliklər, rəqib bankların bazarda tutduğu pay, eləcə də, bazardakı ümumi payı barədə informasiya ilə operativ şəkildə tanış olmaq imkanı verir. “
“Bu vasitənin tətbiqi fərqli zaman perspektivlərində biznesin inkişaf istiqamətlərinin başlıca xüsusiyyətlərinin tənzimlənməsinin planlaşdırılması məqsədi ilə informasiyaya yiyələnmək üçün lazımdır”, - deyə məlumatda vurğulanır.
“Paşa Bank” ASC 2007-ci il iyun ayında yaradılıb. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “Paşa Holding” strukturuna daxildir.