Azərbaycanda ilk dəfə olaraq, AzeriCardprosessinq mərkəzi kart olmadan mobil telefon vasitəsi ilə bankomatdan nəğd vəsaiti əldə etmək imkanını təqdim edir. Bu yenilik “MobilBank” xidmətinin istifadəçiləri üçün yaradılıb.
Bu xidmət vasitəsilə “MobilBank” istifadəçiləri kart hesablarından istənilən məbləğdə və valyutada, kartı olmayan şəxslərə nəğd pul göndərə bilərlər və ya plastic kartları yanlarında olmadığı təqdirdə bankomatdan nəğd pul çıxarda bilərlər. Xidmətdən istifadə etmək üçün, kart sahibi “MobilBank” sisteminə daxil olaraq əsas menyuda “Cash by Code” seçir, məbləği və valyutanı daxil edir. Sistem xüsusi kod yaradaraq, onu əks etdirir telefonun ekranında. Əgər kart sahibi həmin vəsaiti kiməsə göndərmək istəyirsə, onda o kodu SMS vasitəsi ilə ya da başqa üsulla pulu göndərdiyi şəxsə çatdırır və ya kart sahibi özü həmin kod vasitəsi ilə nəğd pulu bankomatdan əldə edir. Kod ilə vəsaiti almaq üçün, göndərilən vəsaitin məbləğini və valyutasını bankomata daxil etmək lazımdır.
Qeyd etmək istəyirik ki göstərilən xidmət Azərbaycanda ilk dəfə olaraq AzeriCard prosessinq mərkəzinin “Mobile Wallet” layihəsi çərçivəsində keçirilir. Həmin layihə hal hazırda mobil telefon vasitəsi ilə həyata keçirilə bilən komunal ödənişlər, balansın öyrənilməsi, hesabatın çıxarışı, kartın bloklaşdırılması, kartdan karta köçürmələrin edilməsi, kartsız bankomatdan nəğd pulun çixarılması (Cash by Code) funksiyalarına əlavə olaraq ticarət və xidmət məntəqələrində mobil telefon vasitəsi ilə kartsız ödəmənin tətbiq edilməsini nəzərdə tutur. Bu layihə üzrə müvafiq işlər görülməkdədir.
“MobilBank” xidmətinə qoşulmaq üçün JAVA MIDP 2.0 və JAVA BIS (yalnız BBM-ə qoşulmuş BlackBerry telefonları) platformalı mobil telefonlardan istifadə edən hər kəs www.azericard.com/?p=13 linkə, Android və iOS platformalı mobil telefonlardan istifadə edən şəxslər isə Google Play və Apple Store-a daxil ola bilərlər.