Azərbaycan Belarus, Qazaxıstan və Rusiyanın Gömrük İttifaqına daxil olmaq niyyətində deyil. Dövlət Gömrük Komitəsinin (DGK) rəhbəri Aydın Əliyev çərşənbə günü jurnalistlərə belə söyləyib.
Onun sözlərinə görə, Rusiya hələ keçən il Azərbaycana Gömrük İttifaına üzv olmağı təklif edib.
“Lakin bu məsələdə bizim mövqeyimiz qətidir.Biz bu ittifaqa daxil olmaq fikrində deyilik və bizim üçün gələcəkdə də belə bir perspektiv görünmür.Azərbaycan öz yolu ilə irəliləyərək inkişaf edən müstəqil dövlətdir və hesab edirik ki, o gələcəkdə də öz uğurlu inkişafını davam etdirəcək”, - deyə A.Əliyev qeyd edib.