Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu ölkədə cəmiyyətin demokratik inkişaf yoluna dəstək məsədilə elmi müsabiqə elan edib.
“İnterfask -Azərbaycan” agentliyinə AMEA-dan bildirildiyi kimi, müsabiqənin məqsədi Azərbaycanın hüquqi və demokratik inkişaf yolunun dəstəklənməsi,insan hüquqlarının müdafiəsi sahəsində uğurlu nəticıələr vermiş əhəmiyyətli tədqiqatlarla məşğul olan gənclərin üzə çıxarılması, onların elmi işləri üçün əlverişli şəratin yaradılmasıdır.
Müsabiqəyə “Qloballaşma və insan hüquqları” və “ Dağlıq Qarabağ münaqişəsi: hüquqların pozulması” mövzularında məqalələr qəbul edilir.
Məqalələr AMEA İnsan Hüquqları İnstitutunun Elmi Şurası tərəfindən qiymətləndiriləcək.Birinci yer üçün 2 min manat, ikinci yer üçün 1 min manat, üçüncü yer üçün 500 manat makafat nəzərdə tutulub.
Təqdim edilən bütün məqalələr ayrıca nəşr olunacaq.Elmi işlər iyulun 30-na qədər qəbul ediləcək.