Fevralın 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində rusiyalı pianoçu Yakov Katsnelson və dirijor, Rusiyanın xalq artisti Vladimir Verbitskinin iştirakı ilə klassik musiqi konserti keçiriləcək.
Konsertdə Ü.Hacıbəyov adına Dövlət simfonik orkestrinin ifasında V.Verbitskinin rəhbərliyi və Y.Katsnelson solo ifası ilə Serqey Prokofyevin əsərləri səslənəcək. Xüsusilə, Prokofyevin “Okestr№2, Sol minor” və “İvan Qroznı” oratoriyası ifa olunacaq.
Konsertdə Azərbaycanın xor kapellası, respublikanın xalq artistləri Əvəz Abdullayev və Qarina Kərimova iştirak edəcəklər.