Cümə axşamına keçən gecə Şəmkir rayonunun Seyfəli kəndində inşaat işləri aparılan ərazidə fəhlələr üçün nəzərdə tutulmuş tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yanğın ümumi sahəsi 300 kv.m olan tikilinin lambir və taxta konstruksiyalardan ibarət üzlüyünün yanması səbəbindən baş verib. Yanğın nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif xəsarətlər alıb. Yanğın saat 03:53-də söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.