Bakıda Heydər Əliyev Sarayında gənc musiqiçi və ifaçılar arasında müsabiqə elan edilib. Bu barədə müsabiqənin təşkilatçısı olan Sarayın mətbuat xidmətindən məlumat verilib.
Müsabiqədə yaxşı vokal və aktyorluq qabiliyyətinə malik olan şəxslər, müxtəlif musiqi alətlətlərinin ifaçıları, xor kollektivləri, o cümlədən yaşı 16-dan 30-dək olan orijinal janrı təqdim edən istedadlı gənclər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün ərizələr fevralın 1-dən 20-dək qəbul ediləcək. Seçim turları başa çatandan sonra müsabiqə iştirakçılarının konserti olacaq.