ABŞ digər ölkələri insan hüquqlarını pozduqlarına görə tənqid edərkən riyakarlıq edir. “Human Rights Watch” beynəlxalq hüquq müdafiəsi təşkilatında belə hesab edirlər.
“Obamanın administrasiyası kiçik Buşun administrasiyası zamanı işgəncələrin tətbiqinə aidiyyəti olan məmurların cinayət məsuliyyətinə cəlb edilməsinə etiraz edir”, - deyə “Human Rights Watch”-in Avropa və Mərkəzi Asiya regionu üzrə direktor müavini Reyçel Denber “İnterfkas” agentliyinin mərkəzi ofisində mətbuat konfransında bəyan edib.
Onun fikrincə, “mövcud vəziyyət ABŞ-ı riyakarlıqda ittiham etməyə əsas verir”.
“Bütün, xüsusən də digər ölkələrdə insan hüquqlarını müdafiə edən dövlətlər öz işlərini qaydaya salmalıdır”, - deyə R.Denber bildirib.
Onun sözlərinə görə, xüsusilə söhbət Yaxın Şərqdə işgəncələrə görə məsuliyyətdən gedir.