ABŞ-ın Corciya ştatının Atlanta şəhərindəki "Prays" orta məktəbində baş vermiş atışma zamanı bir şagird yaralanıb. Bu barədə cümə günü Britaniyanın BBC teleradioyayım korporasiyası məlumat verir.
Bundan başqa, bir müəllim xəsarət alıb.
Yerli KİV qeyd edir ki, şübhəli bilinən şəxs həbs edilib, atışmanın baş verdiyi yer polis tərəfindən mühasirəyə alınıb.