ABŞ dövlət katibi Hillari Klinton hesab edir ki, Çində demokratiya yoxdur və insan hüquqlarına riayət edilmir.
"Biz Çinlə işləyirik. Kiminsə Çində insan hüquqlarına tam hörmətlə yanaşıldığı qənaətində olmasına inanmaq çətindir və orada, əlbəttə, demokratiya yoxdur", - deyə H.Klinton cümə günü xarici siyasət şöbəsinin rəhbəri postunu tərk etməzdən əvvəl cümə axşamı Beynəlxalq Münasibətlər Şurasında çıxışı zamanı bəyan edib.
H.Klinton qeyd edib ki, onun xarici siyasətinin prioritet istiqamətlərindən biri dünyanın müxtəlif ölkələrində demokratiyanın bərqərar edilməsi və insan hüquqları uğrunda mübarizə olub.