Özbəkistan XİN Azərbaycanın Daşkənddəki səfirliyinin saytında guya Özbəkistan rəsmilərinin adından yerləşdirilmiş məlumatı təkzib edərək , onun həqiqəti əks etdirmədiyini bildirib. Hakerlər saytın ana səhifəsində Özbəkistanın separatçı Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıdığını barədə məlumat yerləşdiriblər.
“Özbəkistan XİN –in haker hücumlarından xəbəri var.XİN-in məsul nümayəndəsi bəyan edib ki, hakerlərin saytda yerləşdirdiyi məlumat Daşkəndin rəsmi mövqeyini əks etdirmir”,- deyə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev “İnterfaks –Azərbaycan” agentliyinə bildirib.
Özbəkistanın Azərbaycandakı səfirliyindən isə bildiriblər ki, saytın probleminin aradan qaldırılması istiqamətində işlər aparır, hücumum mənbəyi araşdırılır