“SOCAR Georgia Petroleum” şirkəti (ARDNŞ tərəfindən təsis edilən “SOCAR Energy Georgia” şirkətinin törəməsi) 2006-2012-ci illərdə Gürcüstanda neft məhsullarının topdan satış bazarının inkişafına $149,7 mln.-a yaxın vəsait yatırıb. Bu barədə SOCAR-dan məlumat verilib.
Məlumatda qeyd olunur ki, “SOCAR Georgia Petroleum” Gürcüstanda “SOCAR” brendi altında yanacaq doldurma stansiyaların ümumi sayını 100-ə qədər çatdırıb. Bunlardan 8-i 2012-ci ildə açılıb.
Bundan başqa, 2012-ci ildə “SOCAR”-ın Gürcüstanda fəaliyyət göstərən törəmə müəssisələri tərəfindən 383,44 min ton neft məhsulu idxal edilib, bunun da 328,435 min tonu Azərbaycan mənşəli məhsulların payına düşür.
“SOCAR”-ın Gürcüstanda törəmə müəssisələrinin dövlət büdcəsinə vergi tutulmalarının ümumi həcmi 269 mln. 514,743 min lari (təxminən $165 mln. 346,468 min) təşkil edir.
Eyni zamanda, “SOCAR Georgia Gas” şirkəti (Azərbaycan qazının Gürcastana tədarükçüsü) Gürcüstan bazarına 532,588 mln. kubmetr qaz idxal edib. ARDNŞ “ITERA Georgia”-ya məxsus səhmləri alıb və Tiflisdən başqa Gürcüstanın bütün bölgələrinin qazla təminatını nəzarətə götürüb. Hazirda şirkət 176 780 abonentə xidmət göstərir. ARDNŞ ötən il “İTERA” MMC-nin Gürcüstanda fəaliyyət göstərən “İTERA Georgia” Açıq Tipli Səhmdar Cəmiyyətinə məxsus səhmləri alaraq, Tbilisidən başqa Gürcüstanın bütün bölgələrinin qazla təminatını nəzarətə götürmüşdür
“SOCAR Georgia Gas” 2012-ci ildə 1430 km uzunluğunda yeni qaz xəttləri çəkib, nəticədə 39 500 abonent qazla təmin edilib. Ümumilikdə, indiyədək çəkilən qaz xəttlərinin uzunluğu 2790 km təşkil edir.
“SOCAR”-ın Gürcüstandakı digər törəmə müəssisəsi – “SOCAR Gas Export–Import” şirkəti 2012-ci ildə Gürcüstan bazarına 1 mlrd. 394,869 mln. kubmetr qaz idxal edib. “SOCAR Gas Export-Import” MMC vasitəsilə 2012-ci il ərzində Gürcüstan bazarına 1394869000 kubmetr təbii qaz idxal olunmuşdur
Xəbər verildiyi kimi, hazırda Azərbaycan Gürcüstana əsas təbii qaz tədarükçüsüdür. Qaz tədarükü SOCAR tərəfindən yataqlarından hasil edilən qaz həcmlərindən həyata keçirir. Bundan başqa, Gürcüstan sutkalıq “Şahdəniz” yatağından Cənubi Qafqaz qaz kəməri vasitəsilə 1 mln. kubmetr qaz alır.