Prezident İlham Əliyev cümə günü Tacikistan Respublikasının Bakıda yeni təyin olunmuş səfiri Zohir Saidovun etimadnaməsini qəbul edib. Bu barədə rəsmi mətbuatın məlumatında deyilir.
Görüşdə dövlət başçısı Azərbaycan ilə Tacikistan arasında əməkdaşlığın ikitərəfli formatda və eləcə də beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
İkitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayan səfir əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. Tacikistanlı diplomat iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.