Milli Məclisin iclasında parlamentin İntizam komissiyasının yenidən təşkili məsələsi müzakirə olunub.“İnterfaks -Azərbaycan” agentliyinin parlament müxbiri cümə günü belə məlumat verir.
Komissiyasında deputat mandatı ləğv edilmiş Gülər Əhmədovanın yerinə deputat Məlahət İbrahimqızı seçilib.
Parlamentin cümə günü keçirilən plenar iclasındada Hesablayıcı komissiyasının da tərkibi təsdiqlənib.
Xəbər verildiyi kimi, ötən cümə günü Baş Prokurorluq Gülər Əhmədova və ləğv edilən ABU-nun eks-rektoru Elşad Abdullayevin iştirakı ilə videomateriallar faktı üzrə cinayət işi açıb. Videomaterialda G.Əhmədova guya E.Abdullayevdən 2005-ci ildə parlamentə deputat seçilməsinə görə rüşvət tələb edir. Bununla əlaqədar G.Əhmədovanın deputat mandatı ləğv edilib, o həmçinin hakim Yeni azərbaycan Partiyasının sıralarından uzaqlaşdırılıb.