Ermənistan prezidentliyinə namizəd , hazırkı ölkə prezidenti Serj Sarqsyan seçiciləri ilə cümə gününə planlaşdırılan görüşlərini ləğv edib.Buna səbəb ötən gecə prezidentliyə namizədlərdən biri Paruyr Ayrikyana sui- qəsd edilməsidir.
“Serj Sarqsyanın Malatiya –Sebastiya İrəvan inzibati dairəsində bu günə təyin edilmiş seçkiqabağı görüşləri ləğv edilib”,- deyə onun seçki qərargahından bildirilib.
“Həmçinin, S.Sarqsyanın radio və televiziyada bu günə planlaşdırılan çıxışları da ləğv edilib”,- deyə qəraragahdan bildirilib.
Dünən gecə birləşmiş “Milli özünüidarəetmə” partiyasının lideri, prezidentliyə namizəd P.Ayrikyana sui- qəsd edilib. O çiynindən güllə yarası alaraq yaralanıb.P.Ayrikyan artıq əməliyyat olunub.