Cümə günü ABŞ-ın Ankaradakı səfirliyinin binası qarşısında güclü partlayış baş verib. Bu barədə yerli televiziya xəbər verir.
Hadisə yerinə təcili yardım maşınları gəlir.
İlkin məlumatlara görə, bir neçə nəfər yaralanıb. Söhbətin hansı ölkənin vətəndaşlarından getdiyi hələ dəqiqləşdirilmir.
Türkiyənin TRT dövlət telekanalında nümayiş etdirilən kadrlarda səfirliyin binası üzərindən tüstü burumlarının qalxdığı görünür. Həmçinin bildirilir ki, səfirliyə yan giriş zədələnib.