Azərbaycan parlamenti “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sına Əlavə Protokoluna qoşulmaq haqqında qanunu qəbul edib.
Bundan əvvəl Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsini təqdim edərək söyləyib ki, Azərbaycan korrupsiya ilə mübarizə ilə bağlı müxtəlif beynəlxalq konvensiyalara qoşulub və beynəlxalq sazişlərdən irəli gələn maddələri qanunvericilikdə fəal surətdə tətbiq edir.
“Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində ciddi tədbirlər görülür.Eyni zamanda biz bu istiqamətdə beynəlxalq əməkdaşlığın güclənməsinin vacibliyini qeyd edirik”,- deyə o bildirib.
Onun sölərinə görə, bu qanun layihəsiu dövlət başçısı tərəfindən baxılmaq üçün Milli Məclisə göndərilib.
“Biz protokolu qəbul etməyə hazırıq. Azərbaycan tərəfi həmçinin, Əlavə Protokola dair bəyanatı , müxtəlif beynəlxalq saziş və konvensiyalara qoşulma barədə qəbul edilmiş analoji bəyanatları da qəbul edib. Bu sənədin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə və Dağlıq Qarabağda, həmçinin işğal altında olan 7 rayonda beynəlxalq sənədlərdən irəli gələn maddələrin icrası üçün məsuliyyət daşımır.Biz eyni zamanda qeyd edirik ki, bu məsələ siyasi xarakter daşıyır”,- deyə Ə.Hüseynli bildirib.