Fevralın 5-də saat 12.00-da "İnterfaks-Azərbaycan" agentliyinin mətbuat mərkəzində Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransı "Serbiya və Azərbaycan arasında əməkdaşlığın vəziyyəti və perspektivləri" mövzusuna həsr olunub.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07