Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 46 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 12 nəfər həlak olub, 25 nəfər yaralanıb, 3 nəfər intihar edib.
5 nəfər qətldə, 4 nəfər sui-qəsddə, 3 nəfər qarət və soyğunda, 15 nəfər oğurluqda, 2 nəfər avtomobil qaçırmaqda, 3 nəfər dələduzluqda, 3 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb. Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 12 fakt qeydə alınıb.