Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin telefon nömrələri və ünvanları onlayn təyinediləcək.Bu barədə “İnterfask-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” mərkəzi dispetçer xidmətinə stasionar telefon şəbəkəsindən daxil olan zənglərin telefon nömrələri və ünvanları onlayn təyin olunacaq.
Bununla bağlı Səhiyyə Nazirliyinin müvafiq informasiya sistemi "Elektron hökumət" portalına inteqrasiya olunub.
Həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Stasionar telefonların abunəçi kartotekası üzrə informasiya sistemi” onlayn sorğusundan istifadə edilməklə elektron xidmət tətbiq edilib.