SOCAR-ın ''Azəriqaz'' İstehsalat Birliyi Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndinə ilk dəfə təbii qazın verilməsinə başlayıb. Bu barədə Birliyin məlumatında deyilir.
235 abonenti olan Aşağı Kürdmahmudlu kəndinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 11,094 km olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 235 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ilədək Azərbaycanda qazlaşdırmanın səviyyəsini 95%-ə çatdırmağı planlaşdırır.